17 Şubat 2017 Cuma

Duje Caleta-Car

Ad: Duje Caleta-Car
Vətəndaşlıq: Xorvatiya
Yaş: 20
Klub: RB Salzburg
Mövqe: Mərkəz müdafiəçisi
Boy: 1.88
İşlək ayaq: Sağ
Market dəyəri: 3 milyon euro


Oyunçu haqqında:

17 sentyabr 1997-ci ildə Xorvatiyanın Sibenek şəhərində dünyaya gəlib. Futbola öz doğma şəhərinin HNK Sibenek klubunda başlayıb. 2013 iyulunda bu komandadan Avstriyanın FC Pasching komandasına transfer olundu. Bir sezondan sonra digər Avstriya komandası FC Liefering’ə gedən Caleta-Car, 2015 yanvarında RB Salzburg’un yolunu tutdu.

Güclü tərəfləri:

Boyu 1.88 olduğu üçün Caleta-Car’ın ən böyük üstünlüyü hava toplarıdı. Amma mövqe seçimi, topla oynama bacarığı da diqqətləri cəlb edir. 20 yaşlı bir stoperin Salzburg hücumlarını başladan oyunçu olmasına da ən böyük səbəb onun topla oynama bacarığıdı. Özü istər uzun ötürmələrlə, istərsə də topla irəliləyərək komandanı hücuma daşıya bilir. Müdafiədəki digər bir üstünlüyü isə komanda yoldaşlarını siğortalaya bilməsidi. Yanındakı stoperin və əsasən sol stoper oynadığı üçün komandanın sol cinah müdafiəçisinin səhvlərini düzəldə bilir. Müdafiəçiyə görə hesaba böyük təsiri olduğu sezon isə keçən sezon olmuşdu. 2015/16 sezonunda 2 qol, 2 assistlik performans göstərən bu xorvat gənc stoperin davam edən 2016/17 sezonunda isə hələ ki qolu yoxdu.

Zəif cəhətləri:

Hündür boyu səbəbilə cəld hücum oyunçularının qarşısında bir az ağır qala bilər. Rəqib əks hücuma çıxdığı zaman özü müdafiədədisə heç bir problem yoxdu, amma irəli çıxıbsa geri qayıtması vaxt alacaq. Bundan başqa onu bir az kart almağa meyilli oyunçu da saymaq olar. Salzburg adına çıxdığı 72 oyunda 10 sarı, 1 qırmızı (birbaşa) vərəqə ilə cəzalandırılıb.

Hansı komandalarda oynaya bilər?

Salzburg’da özünü bir az da inkişaf etdirə bilsə, Almaniya və ya İtaliya çempionatları onun üçün ən yaxşı seçim olar. Bu liqalarlakı ortabab klublarda dəyərini bir az da artırıb ordan liqanın çempionluğa oynayan komandalarına və ya İngiltərə çempionatına gedə bilər.

Hiç yorum yok:

Yorum Gönder

Football of Luxembourg: Surprising development

Luxembourg has 600k population and this country is one of the small countries in Europe. Even so, Luxembourg is playing important role in ...