Almaniyada 2019-20-ci il futbol sezonunun “açılış oyunu”nda son
sezonda həm “Bundesliqa”nı, həm də “Almaniya kuboku”nu qazanmış “Bayern”, son
mövsümdə liqanı ikinci yerdə bitirmiş “Borussiya Dortmund”un qonağı oldu.
Ümumi 90 dəqiqə ərzində “münxenlilər” daha üstün və daha dominant tərəf kimi görünsələr də “Borussiya” oyunu 2-0 hesabı ilə qalib başa vurdu. Bəs Lusyan Favr Niko Kovac qarşısında bu qələbəni necə əldə etdi? Gəlin, bacardığımız qədər təhlil etməyə çalışaq:
Ümumi 90 dəqiqə ərzində “münxenlilər” daha üstün və daha dominant tərəf kimi görünsələr də “Borussiya” oyunu 2-0 hesabı ilə qalib başa vurdu. Bəs Lusyan Favr Niko Kovac qarşısında bu qələbəni necə əldə etdi? Gəlin, bacardığımız qədər təhlil etməyə çalışaq:
Start heyətlər:
Borussiya Dortmund (4-2-3-1):
Bayern Münxen (4-3-3):
Ümumi məlumat:
"Borussiya"nın oyundan öncə protokoldaki düzülüşü 4-2-3-1 kimi göstərilsə də, komanda oyun boyu top rəqibdə olarkən 4-3-3 və ya 4-4-2 sxeminə keçirdi. Rafael Gerrero və Marko Roys kimi universal futbolçulara sahib olmaq sxemi tez-tez dəyişmək üçün Favra üstünlük verirdi. Aşağıda olan fotoda topsuz qalan "dortmund"luların 4-2-3-1dən 4-3-3ə keçid etmiş formasını görürük. Oyuna "10 nömrə" mövqeyində başlayan Roys nisbətən sol cinaha meyil edir, oyuna sol cinah yarımmüdafiəçisi/sol vinger kimi başl
ayan Rafael isə Vitsel və Vayqlla birlikdə mərkəzdəki "üçlü"yü təşkil edir.
Bu fotoda da buna bənzər situasiyanı görürük:
Bəzi hallarda "Borussiya" müdafiə olunarkən 4-4-2 sxeminə keçirdi. Yarımmüdafiə xətti Gerrero-Vitsel-Vayql-Sanço irəli xəttdə isə Roys-Alkaser ikilisi olurdu:
"Bayern" isə topsuz olarkən daha yüksək, bir o qədər də dağınıq pressinq etməyə çalışırdı:
Bu fotoda görürük ki, "Bayern" meydanın rəqibə aid olan hissəsində 6 nəfərlə pressinq edir. (İrəlidə Levandovski-Tolisso-Müller, geridə Koman-Qoretzka-Tiaqo (şəkilə düşməyib)). Nəticədə "Borussiya"nın müdafiə xətti planlaşdırılmış şəkildə ötürmə ilə çıxa bilmirlər. Məcburən qapıçı Hitz topu irəli vurmalı olur. Bəs ardınca nə baş verir?
Mövqeyini tərk edib topu irəlidə qarşılamaq istəyən Jerom Boatenq kobud səhvə yol verir və nəticədə "Borussiya"nın təhlükəli əks-hücümu baş tutur.
Məsələyə ümumən yanaşdıqda isə "Bayern"in yüksək pressinq etməyi "Borussiya"nın müdafiədən, hətta yarımmüdafiədən oyun qurmasına ciddi şəkildə mane olur. Amma Kovac bu cür pressinqin mənfi tərəflərini aradan qaldırmasa, bu mövsüm ərzində "münxenlilər"in buna görə başı çox ağraya bilər.
"Topa sahibsənsə ərazini genişləndirməlisən"
"Total futbol" haqqında oxuduğum yazılardan birində bu cümləyə rast gəlmişdim: "Top səndədisə oyun ərazisini genişləndirməlisən. Yox əgər top rəqibdədisə oynaya biləcəyi ərazini daraltmaq lazımdır." "Borussiya"nın oyununa baxanda da məhz "Total futbol"un bu xüsusiyyətinə rast gəldim.
Yuxarıda gördüyünüz fotoda mövqecə mərkəz yarımmüdafiəçisi olan Aksel Vitsel meydanın sol cinahında yer alır. Meydanın mərkəzində Yuliyan Vayql, sağ cinahda da Lukaş Pişçekdir. Məhz bu genişlik sayəsində "dortmund"lular "Bayern"in yüksək pressinqindən çıxa bilirlər.
"Zərərsizləşdirilmiş" Tiaqo Alkantara
"Bayern"in oyun fəlsəfəsinin kökündə hücum futbolu dayanır. Komandanın indiki vəziyyətdə hücuma çıxmaq üçün 2 variantı var idi:
1. Mərkəz müdafiəçiləri (xüsusilə də Boatenq) hücumu başladır, ardınca topu götürən komandanın "beyni" hesab edə biləcəyimiz Tiaqo hücumun istiqamətini müəyyən edir.
2. Sol cinahdakı oyunçular topla təmin olunur (Alaba və Koman) və komanda sol cinahdan yüklənir.
Komandanın oyun planında əsas məqsədlərdən biri də Qoretzka və Mülleri qapıya daha yaxın oynatmaq idi. Levandovski rəqib müdafiəni öz üzərinə çəkəcəkdi əvəzində Qoretzka və Müller üçün boş zonalar açılacaqdı. Amma Favrın komandası bu məsələni kökündən həll etməyə çalışdı, yetərincə də uğurlu alındı. Komandanın "beyni" Tiaqo Alkantaranın maksimum dərəcədə az topla oynamağı üçün çalışdılar, top Alkantaranın ayağında olanda belə oyunçu, əsasən, geriyə ötürmək məcburiyyətində qalırdı. Nəticədə "Bayern"in sadəcə bir hücum variantı qaldı: Sol cinahdan yüklənmək. Və təbii ki, digər variant mərkəz müdafiəçiləri Boatenq və Sülenin irəliyə göndərdiyi uzun toplar idi, hansı ki elə də effektiv olmayacaqdılar. Buna görə də Müller öz mövqeyinə qayıtmalı - qapıdan uzaqlaşmalı oldu. Amma o da əsl vinger olmadığına görə həmin mövqedə ciddi fərq yarada bilmədi. "Bayern" oyunu geridən qurarkən Tiaqonun yanında 2, 3 hətta 4 "Borussiya" oyunçusu peydə olurdu:
Tiaqo (sarı dairə) 4 rəqib futbolçu ilə əhatə olunub:
Bu cür basqının nəticəsi olaraq Tiaqo bəzi hallarda top itkisi etməli olurdu. İlk hissədə belə epizodlardan birində pressinqlə üzləşən Alkantara topu komanda yoldaşı Kimmixə ötürmək istəyərkən səhvə yol verir və "dortmundlular"ın təhlükəli əks-hücümu yaranır:
İkinci hissədə də Tiaqo Marko Roysla mübarizədə topu itirir:
Epizodda topu Alabaya ötürmək istəyən Alkantara səhvə yol verir və topu Sançoya ötürür:
Sanço tərəfindən keçilən Boatenqin mövqeyi boş qaldığı üçün Süle və Alaba onu siğortalamağa çalışırlar amma buna nail olmurlar. Nəticədə Pako Alkaser hesabı açır:
Ardınca oyun yenə də öz axarı ilə davam edir. "Borussiya" rəqibin hücumlarını Tiaqo hissəsindən "boğmaq" planından əl çəkmir.
Şəkildə 5 "Borussiya" futbolçusu tərəfindən əhatə olunmuş Alkantaranı (sarı dairədə) görürsüz:
Burda isə Tiaqo məcburiyyətdən oyunu daha geridən qurmaq məcburiyyətində qalır və 2 mərkəz müdafiəçisinin (Boatenq və Süle) arasından hücumu başlatmağa çalışır. Lakin bunun da heç bir faydası olmur:
Dəqiqələr 68-i göstərəndə yenə rəqib hücumu başlamadan "boğmaq" istəyən Boatenq irəliyə çıxır və top itkisinə yol verir.
Əks-hücumlarda olduqca effektiv olan "Borussiya" komandası bu səhvi bağışlamır və Cedon Sanço hesab arasındakı fərqi 2-yə çatdırır:
Boatenq nə qədər sürətli müdafiəçi olsa da, hücumun sonuna gecikir:
Oyun ərzində taktiki gedişlər:
Oyunun 66-cı dəqiqəsində Niko Kovac Tomas Mülleri kanadalı gənc istedad Alfonso Devislə əvəzləyərək sağ cinahı da aktivləşdirməyə çalışdı. 3 dəqiqə sonra 2-ci qolu buraxdıqdan sonra Alabanı isə Renato Sançeslə əvəzlədi. Nəticədə Devis Alabanın mövqeyinə (sol cinah müdafiəçisi), Kinqsli Komanın sağ cinaha gəlməyi ilə isə Renato sol cinaha keçdi. Bununla da "Dortmund"un yaşlı Pişçek və yorulmuş Sanço olan sağ cinahının qarşısında "Bayern"in oyuna yeni daxil olmuş gənc futbolçuları yer aldı.
Lusiyan Favrın buna reaksiyası gecikmədi və ilk növbədə sol cinahdakı Gerrero və sağ cinahda Sançonun yerlərini dəyişdi. 74-cü dəqiqədə Aşraf Hakimini Gerreronunun yerinə meydana buraxaraq "Bayern"in sol cinahdan olan hücumlarının müəyyən mənada qarşısını aldı. Ardınca 80-ci dəqiqədə isə Lukaş Pişçeki Marius Volfla əvəzləməklə Hakimini öz mövqeyinə - sağ cinah müdafiəçisinə çəkdi.
Niko Kovac isə ən son çarə kimi 80-ci dəqiqədə Alkantaranı Pavarla əvəz edərək Joşua Kimmixi yarımmüdafiənin mərkəzinə çəkdi. Amma bu da "Bayern"in oyununa müsbət mənada təsir göstərə bilmədi.
Mənə görə oyunun ən yaxşısı: Aksel Vitsel
Aksel Vitselin "Borussiya"da olan rolu təsəvvür etdiyinizdən çox daha böyük və vacibdi. Hücumların qurulmasında "dərin oyun qurucu" kimi oynayan belçikalı topsuz oyunda da olduqca vacibdi.
Gördüyünüz fotoda Aksel Vitsel "Borussiya"nın hücumunun istiqamətini müəyyən edəcək oyunçu rolundadı:
Bu şəkildə isə "Bayern"in pressinqindən çıxmaq üçün ağıla ilk gələn "Dortmund" oyunçusunun Aksel Vitsel olduğunu görə bilərik:
Bir az öncə vurğuladığım kimi: Vitsel topsuz oyunda da çox lazımlıdı. Onu meydanın hər yerində pressinq edərkən görmək olar:
Aksel Vitsel oyun ərzində 75 dəfə topa toxunub və bu, digər komanda yoldaşlarından daha yüksək nəticədi. Belçikalı 90 dəqiqə ərzində 98.3% ötürmə dəqiqliyi ilə çıxış edib. Bu iki komandanın oyunçuları arasında ən yaxşı ikinci nəticədi. Ən yaxşı göstərici isə Vitselin meydanda sadəcə 10 dəqiqə olmuş komanda yoldaşı Yakub Brun Larsenə aiddi (100%).
Bütün bunların nəticəsi olaraq isveçrəli mütəxəssis Lusiyan Favr Almaniyadakı ilk titulunu qazandı. Özünün hazırladığı komandanın intizamlı, sistemli və sürətli futbolu sayəsində..
"Bundesliqa" başlayana kimi Hummels, Brandt və Torqan Hazardın "Borussiya"nın sıralarına qoşulacağını, "Bayern"in isə potensial Leroy Sane transferini nəzərə alsaq bizi ötən mövsümkündən də maraqlı sezonun gözlədiyini deyə bilərik.
Hiç yorum yok:
Yorum Gönder